A Seriyası: Milan a qələbə üçün 1 qol bəs etdi

16.02.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya A Seriyasının 25-ci turunda "Milan" doğma azarkeşləri önündə "Verona"nı qəbul edib.

Oxu.Az xəbər verir ki, "San-Siro"dakı matçın taleyini 1 qol həll edib.

75-ci dəqiqədə meydan sahiblərindən Santyaqo Ximenesin məhsuldar zərbəsi rossonyerilərə qələbə gətirib.

Hazırda "Milan" topladığı 39 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. "Verona"nın aktivində isə 24 xal var və komanda çempionatda 15-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью