A Seriyası: “Milan”dan çətin qələbə

19.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtaliya A Seriyasında VII turun növbəti oyunları yekunlaşıb.

Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Milan” öz meydanında “Atalanta”nı qəbul edib. Gərgin keçən mübarizədə “qırmızı-qaralar” Qonsalo Ramos, Adryen Rabyo və Mario Hilanın qolları ilə 3:2 hesablı qələbə qazanaraq vacib 3 xalı aktivinə yazdırıb.

Turun əsas sensasiyası isə Turində baş verib. “Latsio” səfərdə “Yuventus”un qapısından 3 cavabsız top keçirərək gözlənilməz darmadağına imza atıb.

Digər oyunlarda “Komo” səfərdə “Fiorentina”nı 3:1, “Leççe” isə “Udineze”ni 3:0 hesabı ilə üstələyərək darmadağınla qalib gəliblər.

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

VII tur

Udineze – Leççe 0:3

Qollar: Kialonda Qaspar, 11, Konan N’Dri, 33, Yamil Zibert, 86

Fiorentina – Komo 1:3

Qollar: Marin Ponqraçiç, 42 – Mattia Liberali, 32, Niko Pas, 36, Anastasios Duvikas, 56

Milan – Atalanta 3:2

Qollar: Qonsalo Ramos, 24 (pen.), Adryen Rabyo, 43, Mario Hila, 57 – Janluka Qaetano, 66, Nikola Krstoviç, 81

Yuventus – Latsio 0:3

Qollar: Oliver Provstqord, 37, Qustav İsaksen, 66, Fisayo Dele-Başiru, 89

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью