A Seriyası: “Montsa”dan dördqolluq zərbə

20.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasında VII turun növbəti oyunları başa çatıb.

Futbolpress.az xəbər verir ki, “Montsa” öz meydanında “Kalyari”ni qəbul edib. Meydan sahibləri rəqibini 4:0 hesabı ilə darmadağın edərək 3 xalı aktivinə yazdırıb.

Günün digər görüşündə isə “Torino” səfərdə “Parma”nın qonağı olub. Turin təmsilçisi Covanni Simeonenin dublu və Çe Adamsın vurduğu qolla meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

VII tur

Montsa – Kalyari 4:0

Qollar: Eddi Kuadio, 39, Qustavo Varela, 47, 79, Cey Robinson, 66

Parma – Torino 0:3

Qollar: Covanni Simeone, 4, 69, Çe Adams, 24

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью