A Seriyası: Napoli çempionluq yarışında büdrədi

12.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider "Napoli" "Cenoa" ilə ev matçına çıxıb.

"Dieqo Armando Maradona" stadionundakı qarşılaşmada meydan sahibləri azarkeşlərini sevindirə bilməyiblər. Belə ki, görüş 2:2 hesablı bərabərliklə bitib.

Bu nəticədən sonra neapollular çempionatın lideri olaraq qalsalar da, onların ən yaxın izləyicisi olan "İnter"lə cəmi 1 xal fərqləri var - 78/77. "Cenoa" isə 40 xalla 13-cüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью