A Seriyası: Napoli Fiorentinanı məğlub edərək zirvəyə yüksəldi

04.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasında 19-cu turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Fiorentina" və "Napoli" arasındakı matç qonaqların üstünlüyü ilə keçib.

Florensiyadakı "Stadio Artemio Franki" stadionunda "Napoli" rəqibini 0:3 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Nyapol təmsilçisi 44 xalla yarış cədvəlinin zirvəsinə yüksəlib. "Bənövşəlilər" isə 32 xalla 6-cı pillədə qərarlaşıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью