A Seriyası: Napoli səfərdə Atalanta ya qalib gəldi

19.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasında 21-ci turun mərkəzi qarşılaşması keçirilib.

Oxu.Az xəbər verir ki, turnir cədvəlinin liderlərindən olan iki klub "Atalanta" və "Napoli" üz-üzə gəliblər.

Berqamo şəhər stadionunda baş tutan matçda hesabı meydan sahibi "Atalanta" açsa da, sonda sevinən tərəf qonaqlar olub - 2:3.

Bu nəticədən sonra "Napoli" 50 xalla yarış cədvəlinə başçılıq edir. "Atalanta" isə liderdən 7 xal geri qalmaqla ilk üçlüyü qapayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью