A Seriyası: “Napoli” xalsız qalıb

09.11.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 noyabr, AZƏRTAC

İtaliya A Seriyasında XI turun oyunlar keçirilir.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Napoli” səfərdə “Bolonya” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Neapol klubu 22 xalla 2-ci, “Bolonya” isə 21 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” noyabrın 26-da Liqa mərhələsinin V turunda səfərdə “Napoli”nin qonağı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью