A Seriyası: “Napoli”dən gözlənilməz nəticə

18.10.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

İtaliya A Seriyasında VII turun növbəti matçları başa çatıb.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Venesiya” öz evində “Napoli”ni Akor Adamsın ikinci hissənin əvvəlində vurduğu yeganə qolla 1:0 hesabı ilə məğlub edərək sensasiyaya imza atıb.

“İnter” (Milan) isə səfərdə “Bolonya” üzərində qələbə qazanıb. Erkən qol buraxmasına baxmayaraq, Milan klubu Marküs Türam, Karlos Auqusto və Anj-Yoan Bonninin qolları ilə matçdan 3:1 hesablı qalibiyyətlə ayrılıb. Günün son qarşılaşmasında “Roma” öz meydanında “Cenoa”nı iki cavabsız qolla üstələyib (2:0).

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

VII tur

Venesiya – Napoli 1:0

Qol: Akor Adams, 49

Bolonya – İnter 1:3

Qollar: Tommazo Pobeqa, 10 – Marküs Türam, 44, Karlos Auqusto, 69, Anj-Yoan Bonni, 83

Roma – Cenoa 2:0

Qollar: Santyaqo Kastro, 50, Emanuele Lulli, 68

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью