A Seriyası: Parma da evə xalla döndü, Torino da

01.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

“Verona” - “Parma” qarşılaşması qolsuz bitibsə, “Latsio” - “Torino” duelində tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hazırda A Seriyasının turnir cədvəlinə 67 xalı olan “İnter” başçılıq edir. “Napoli” 64, “Atalanta” 58, “Bolonya” 56, “Yuventus” 55, “Roma” və “Latsio” 52, “Fiorentina” 51, “Milan” 47 xal toplayıb.

İtaliya A Seriyası
30-cu tur
29 mart

Venesiya Bolonya 0:1
Qol: Orsolini, 49.

Komo Empoli 1:1
Qollar: Duvikas, 61 – Kuame, 75.

Yuventus Cenoa 1:0
Qol: Yıldız, 25.

Leççe Roma 0:1
Qol: Dovbik, 80.

30 mart

Kalyari – Montsa 3:0
Qollar:
Viola, 49. Qaetano, 73. Luvumbo, 90+2 - 

Fiorentina – Atalanta 1:0
Qol:
Kin, 45.

İnter – Udineze 2:1
Qollar:
Arnautoviç, 12. Frattesi, 29 - Solet, 71

Napoli – Milan 2:1
Qollar:
Politano, 2. Lukaku, 19 - Yoviç, 84.

31 mart

Verona Parma 0:0

Latsio Torino 1:1
Qollar: Maruşiç, 57 – Gineitis, 82.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью