A Seriyası: Son çempion debütantı darmadağın edib

23.08.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasında 2026/27 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Son çempion "İnter" öz meydanında debütant "Montsa"nı sınağa çəkib. 5 qolun vurulduğu matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın edib.

"Napoli" isə səfərdə "Cenoa" ilə üz-üzə gəlib. Neapol təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

Turun digər matçlarında "Kalyari" səfərdə "Parma"ya 1:0 hesabı ilə qalib gəlib. "Komo" isə "Udineze"nin müqavimətini qıra bilməyib - 1:1.

“Arsenal” “Siti”ni darmadağın etdi “Beşiktaş” qələbə qazandı, Nərimandan debüt “Fənərbaxça”dan gözlənilməz MƏĞLUBİYYƏT Salah oynadı, “Trabzonspor” XAL İTİRDİ “Qalatasaray” debütantla bacarmadı - ÇEMPİONDAN XAL İTKİSİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью