A Seriyası: Torino ya qalib gələn İnter Napoli yə çatdı

11.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasında 36-cı turun matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, "Torino" doğma azarkeşləri önündə çempionluğa iddialı "İnter"i qəbul edib.

Turindəki qarşılaşmada ilk qol 14-cü dəqiqədə vurulub. "İnter"in yarımmüdafiəçisi Nikola Zalevski fərqlənib. 49-cu dəqiqədə qonaqlara penalti zərbəsini yerinə yetirmək hüququ verilib və albaniyalı futbolçu Kristian Asllani bu şansı inamla qola çevirib - 0:2.

Bu qələbədən sonra "İnter"in aktivində 77 xal var. Simone İnzaqinin komandası çempionat cədvəlində ikinci yerdədir. "Torino" isə 44 xalla 11-cidir. Yarışa "Napoli" başçılıq edir. Komanda 77 xala malik olsa da, bir oyun az keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью