A Seriyası: Turin derbisinə türkiyəli futbolçu nöqtə qoydu

10.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya A Seriyasında 12-ci tur qarşılaşmaları oynanılır.

Oxu.Az xəbər verir ki, tur çərçivəsində iki Turin təmsilçisi - "Yuventus"la "Torino" birincilərin meydanında üz-üzə gəliblər.

"Allianz Arena"da baş tutan oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. Hesabı 18-ci dəqiqədə "Yuventus"lu Timoti Vea açıb. Həlledici qolu isə komandanın türkiyəli hücumçusu Kenan Yıldız vurub - 2:0.

Hazırda "qoca sinyora" 24 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. Klub lider "Napoli"dən bir oyun çox keçirsə də, bir xal geri qalır. "Torino" isə 14 xalla 11-cidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью