A Seriyası vaxtından əvvəl mövsümün bombardirini açıqladı

27.05.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


“Atalanta”nın hücumçusu Mateo Reteqi başa çatmaqda olan İtaliya çempionatının 2024/2025 mövsümünün bombardiri seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İtaliya A Seriyasının mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Argentinalı forvard ölkə çempionatında 35 matçda 25 qol vurub, onun bombardirlər yarışında ən yaxın izləyicisi “Fiorentina”dan Moise Kin 31 matçda 18 qol vurub.
Qeyd edək ki, İtaliya çempionatının final, 38-ci turunda A Seriyasının 20 klubundan 16-nın daha bir oyunu var, o cümlədən “Atalanta” “Parma”nı qəbul edəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью