Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya A Seriyasında XI tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun açılış oyununda “Venesiya” doğma meydanda “Udinese”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk hissəsində qapılara qol vurulmasa da, ikinci yarıda azarkeşlər üç qola şahid olublar. “Venesiya” Toma Başiçin (və Kike Peresin dəqiq zərbələri ilə hesabda irəli çıxıb. Qonaqlar Matias Morenonun 57-ci dəqiqədə avtoqolu ilə fərqi azatsalar da, məğlubiyyətdən qaça bilməyiblər.
Qeydə alınan nəticə:
İtaliya A Seriyası
XI tur
Venesiya – Udinese 2:1
Qollar: Toma Başiç, 53, Kike Peres, 65 – Matias Moreno, 57 (avtoqol)