A Seriyası: Yuventus böyük fərqlə uduzdu

16.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasında 29-cu turun maraqlı qarşılaşmalarından biri baş tutub.

Oxu.Az xəbər verir ki, Florensiyada yerli "Fiorentina" ilə "Yuventus" üz-üzə gəliblər.

Oyun gözlənilmədən "qoca sinyora"nın böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahibləri qonaqların qapısından 3 cavabsız top keçiriblər - 3:0.

Bu nəticədən sonra Turin təmsilçisi 52 xalla yarış cədvəlinin ilk 5-liyində yer alıb. "Bənövşəlilər" isə 48 xalla 8-ci pillədə qərarlaşıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью