A Seriyası: Yuventus qələbəni son anda əldən verdi

10.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İtaliya A Seriyasında 36-cı turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Romada baş tutub. Yerli "Latsio" "Yuventus"u qəbul edib.

İddialı komandaların qarşılaşması gərgin mübarizə ilə yadda qalıb. 51-ci dəqiqədə qonaqlar hesabı açıblar, lakin 9 dəqiqə sonra azlıqda qalıblar. Meydan sahibləri say üstünlüyündən yalnız 90+6-cı dəqiqədə yararlanıblar - 1:1.

Bu nəticədən sonra Turin klubu 64 xalla yarış cədvəlində 4-ci pillədə yer alıb. Eyni xala malik "Latsio" isə 5-ci yeri tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью