A Seriyası: Yuventus səfərdən əliboş qayıdır

18.01.2026

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyasında 21-ci turun matçları oynanılır.

Oxu.Az xəbər verir ki, "Yuventus" "Kalyari"nin qonağı olub.

Meydan sahibləri adlı-sanlı rəqibi üstələməyi bacarıblar. Qarşılaşmada yeganə qolu "Kalyari"nin mərkəz yarımmüdafiəçisi Luka Matsitelli vurub. Onun 65-ci dəqiqədəki sərrast zərbəsi komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra "Qoca sinyora" 39 xalla turnir cədvəlində 4-cü yeri tutur. Onun rəqibi isə 22 xalla 13-cü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью