Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 17 iyun, AZƏRTAC
İtaliya futbolunun əfsanələrindən sayılan Daniele De Rossi yenidən məşqçiliyə qayıda bilər.
AZƏRTAC xəbər verir ki, iki ildən sonra yenidən A Seriyasında mübarizə aparacaq "Kremonese" 41 yaşlı mütəxəssisi bu vəzifəyə gətirmək niyyətindədir. Bu barədə tanınmış insayder Nikolo Şira məlumat yayıb.
De Rossi son olaraq “Roma” komandasında işləyib.
Qeyd edək ki, 2001-2019-cu illərdə "Roma"nın formasını geyinmiş Daniele De Rossi iştirak etdiyi 616 matçda 63 qol və 60 məhsuldar ötürmə ilə yadda qalıb.