futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün İtaliya A Seriyasında 2024/25 mövsümünün qalibi məlum olacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu – 38-ci turda lider “Napoli” “Kalyari”ni qəbul edəcək. Neapol təmsilçisi qələbə qazanacağı halda, çempionluğunu elan edəcək.
Digər matçda isə ikinci sırada yer alan “İnter” “Komo”nun qonağı olacaq. “Neradzurra” liderdən bir xal geri qalır. Komanda çempionluq üçün “Napoli”nin xal itirməsini gözləməli və özü qələbə qazanmalıdır.
İtaliya A Seriyası
XXXVIII tur
23 may
22:45 Napoli – Kalyari
22:45 Komo – İnter