A Seriyasında dekabrın ən yaxşı baş məşqçisi kim oldu?

16.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasında dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı çempionatın mətbuat xidməti yayıb.

“İnter”in baş məşqçisi Simone İnzaqi bütün həmkarlarını qabaqlayıb. 

Onun komandası keçən ay A Seriyasında keçirdiyi dörd oyunun hamısında, ümumi top sayı 14:1 olmaqla qalib gəlib.

Ötən gün İtaliya çempionatının 19-cu turunun təxirə salınmış oyununda doğma meydanda "Bolonya" ilə 2:2 hesablı heç-heçə edən "İnter" hazırda "Napoli"dən 3 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью