A seriyasında ən yaxşı seçildi

07.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

İtaliya A seriyasında noyabr ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Ötən ayın ən yaxşısı adına “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini layiq görülüb.

Onun komandası noyabrda “Napoli” (3:0), “Udineze” (2:1) və “Parma”ya (3:1) qalib gəlib. Dekabrın 2-də keçirilən “Roma” ilə oyunun (2:0) nəticəsi də seçimdə nəzərə alınıb.

Xatırladaq ki, “Atalanta” A seriyasında hazırda 1-ci pillədədir. Komandanın 34 xalı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью