A seriyasında hamını qabaqladı

06.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya A seriyasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşısı adına "Fiorentina"nın futbolçusu Moyze Kin layiq görülüb. 

24 yaşlı hücumçu səsvermədə Alessandro Bonjorno ("Napoli"), Federiko Dimarko ("İnter"), Ademola Luqman ("Atalanta"), Kefren Turam ("Yuventus") və Mattia Zakkanini ("Latsio") qabaqlayıb.

Qeyd edək ki, Kin noyabr ayında A seriyasında 3 matça çıxıb və 5 qol vurub. O, bu ilin yayından "Fiorentina"da oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью