A Seriyasında “İnter” “Kremoneze”ni darmadağın edib

04.10.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İtaliya A Seriyasında VI turda “İnter” və “Kremoneze” qarşılaşıblar.

İdman.biz bildirir ki, Milanda keçirilən oyunda meydan sahibləri 4:1 hesablı qələbə qazanıblar.

Hesabı altıncı dəqiqədə “İnter”in hücumçusu Lautaro Martines açıb. 38-ci dəqiqədə hücumçu Ange-Yoan Bonni meydan sahiblərinin üstünlüyünü artırıb.

55-ci dəqiqədə Dimarko hesabı 3:0-a çatdırıb. Yarımmüdafiəçi Nikolo Barella 57-ci dəqiqədə “İnter”in dördüncü qolunu vurub. 87-ci dəqiqədə “Kremoneze”nin hücumçusu Federiko Bonazzoli hesab arasındakı fərqi azaldıb.

“İnter” bu qələbə ilə xalını 12-yə çatdırıb və A Seriyasında birinci yerə yüksəlib. 6-cı turda hələ oynamamış “Milan”, “Napoli” və “Roma”nın da eyni qədər xalı var. Altı matçdan doqquz xal toplayan “Kremoneze” səkkizinci yerdədir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью