futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliya A Seriyasında “Komo” — “Roma” qarşılaşması cari mövsümün statistikasına ilk qolsuz bərabərlik kimi düşüb.
Futbolpress.az xəbər verir ki, “quru” keçən matç futbol dünyasında nadir rast gəlinən maraqlı hadisə ilə yadda qalıb.
Görüşün 67-ci dəqiqəsində görüşün baş hakimi Mikael Fabbri zədələnərək işini davam etdirə bilməyib. Nəticədə onu dördüncü referi Simone Sotssa əvəzləyib və qarşılaşmanı sona qədər o idarə edib.
25 ildir peşəkar hakimliklə məşğul olan Mikael Fabbri 8 may 2013-cü ildən İtaliya A Seriyası matçlarına təyinat alır. Təcrübəli referi Çempionlar Liqası və ya Avropa Liqasının finallarında baş hakim kimi çalışmasa da, İtaliya Kubokunun həlledici oyunlarını, o cümlədən 2023-cü ildə “Fiorentina” və “İnter” arasında baş tutan final matçını idarə edib.