Apasport saytına istinadən Icma.az xəbər verir.
“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim braziliyalı futbolçunun çıxışını bəyənir və onun transferini klub rəhbərliyindən istəyib.
“Atalanta” 26 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm A Seriyasında meydana çıxdığı 12 rəsmi qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Beşiktaş” “Torino”nun futbolçusu ilə maraqlanır Sabiq “fənər”li I Liqa klubunu tərk edib - RƏSMİ “Qızıl top”un favoriti müəyyənləşdi - Mbappe və Haaland geridə qaldı Günün matçları bu kanallarda - TV AFİŞA Raşford PSJ-nin radarında