A seriyasının daha 3 oyunu təxirə salındı

22.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

A seriyasının şənbə günü keçirilməli olan 3 oyunu Roma Papası Fransiskin dəfn mərasimi ilə əlaqədar təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə İtaliyanın mülki müdafiə və dəniz siyasəti üzrə portfeli olmayan naziri Nello Musumeci bildiib. 

Sözügedən matçlar "Komo" - "Cenoa", "İnter" - "Roma" və "Latsio" - "Parma" oyunlarıdır.

Görüşlərin nə vaxt oynanılacağı haqda isə hələlik məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl A seriyasında "Udineze" – "Torino", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus"  matçları aprelin 21-dən aprelin 23-nə təxirə salınmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью