A Seriyasının futbolçusu Ceymi Vardinin evi qarət olunub

25.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Kremoneze”nin otuz səkkiz yaşlı hücumçusu Ceymi Vardi qarət qurbanı olub.

Bu barədə İdman.Biz “La Gazzetta dello Sport” qəzetinə istinadən məlumat verir.

Cinayətkarlar A Seriyasının “Kremoneze” və “Roma” (1:3) matçı zamanı futbolçunun evinə soxulublar. Soyğunçuluqda ən azı üç nəfər iştirak edib.

Cinayətkarlar futbolçunun və ailəsinin yoxluğundan istifadə edərək pəncərəni sındırıblar və qiymətli saatlar, zərgərlik əşyaları və nağd pul oğurlayıblar. İlkin hesablamalara görə, oğurluq məbləği təxminən 100.000 avrodur.

Müstəntiqlər hesab edirlər ki, dəstə futbolçunun, həyat yoldaşının və uşaqlarının hərəkətlərini izləyirmiş və evin mühafizə olunmayacağını bilirmiş.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью