A Seriyasının iki nəhəngi Mançester Yunayted in hücumçusuna elçi düşüb

20.08.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Napoli" və "Yuventus" "Mançester Yunayted"in hücumçusu Coşua Zirkze ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Hər iki klub 24 yaşlı forvardı icarəyə götürmək variantını nəzərdən keçirir. "Mançester Yunayted"in də futbolçunu icarəyə göndərməyə hazır olduğu bildirilir. Zirkze isə A Seriyasına qayıtmaq variantına müsbət yanaşır.
Transferin əsas xərci futbolçunun maaşı olacaq. Bununla belə, həm "Napoli", həm də "Yuventus" heyətdə yer açmaq üçün bəzi futbolçularla yollarını ayırmalıdır.
Qeyd edək ki, Zirkze ötən mövsüm "Mançester Yunayted"in heyətində 26 rəsmi matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью