A Seriyasının prezidenti çağırış etdi

25.02.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

A Seriyasının prezidenti Ezio Simonelli İtaliya çempionatının yay transfer pəncərəsinin yarışın ilk dövrəsi başlamazdan əvvəl bağlanmasını istədiyini açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamasında bunları deyib:

“Çempionat başlamazdan əvvəl pəncərənin bağlanmasını istəyirik, eyni şey İngiltərə Premyer Liqasına da aiddir. Lakin La Liqa avqustun 31-dən əvvəl pəncərəni bağlamayacaq. Bundesliqa və Liqa 1-də də eyni vəziyyət olacaq. Buna nail olmaq üçün yekdilliyə ehtiyacımız var və bu, o qədər də asan deyil”- deyə o bildirib.

Qeyd edək ki, hazırda Avropada yay transfer pəncərəsi iyunda açılır və avqustun 31-də bağlanır.

Ağa Dadaşzadə 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью