A seriyasının tarixinə belə düşdü

05.01.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliyanın "Monza" klubu Salvatore Bokkettinin rəhbərliyi altında ardıcıl 2-ci matçda məğlub olub.

QOL.az xəbər verir ki, komanda bu gün  A Seriyasının 19-cu turunda “Kalyari”yə uduzub (1:2). 

Bokketti 2022-ci ildə "Verona" ilə İtaliya çempionatının 6 görüşünün hər birindən xalsız ayrılmışdı.

Nəticədə mütəxəssis A seriyasının tarixinə ilk 8 oyunun hamısında məğlub olan 3-cü mütəxəssis kimi düşüb. 

Bokkettidən əvvəl yalnız 1949-cu ildə Astro Qalli və 1995-ci ildə Adelio Moro eyni göstəriciyə imza atmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью