AA nömrəli BMWnin sürücüsü kameranın altında qanunu pozdu VİDEO

09.12.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda qanunları saymayan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 23-də, paytaxtın Teymur Elçin küçəsilə Mixail Lermontov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, AA nömrəli "BMW" markalı avtomobilin sürücüsü M.Lermontov küçəsindən gələn zaman sağa məcburedici nişanın tələbinə məhəl qoymayıb. O, təhlükəsiz şəhər kamerasının düz qarşısında qoşa xəttin üzərindən keçərək sola dönüb.

Qeyd edək ki, sürücü bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью