AAAF Parkda 14 saatdır su yoxdur

08.03.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən AAAF Yaşayış Kompleksində 14 saatdır ki, su gəlmir. 

Bu barədə “Qafqazinfo”ya müraciət edən sakinlər məlumat verib. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin ünvanı qidalandıran su anbarında dezinfeksiya işləri aparılır: “Buna baxmayaraq ehtiyat xətlə suyun verilməsi  həyata keçirilib, yaxın saatlarda işlər yekunlaşacaq”.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью