AADA oktyabrda “TEZ” devizi altında Ekoloji konfrans keçirəcək | Icma.az
Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) oktyabr ayında “TEZ” – Təhlük
Doğru.az xəbər verir ki, konfransda Azərbaycan avtomobil parkının mövcud vəziyyəti, problemlər və həlli yolları müzakirə olunacaq.
Konfrans çərçivəsində dövlət qurumları, elm adamları, özəl sektor nümayəndələri və xarici qonaqlar panel müzakirələrdə çıxış edəcəklər.
AADA-nın idarə heyətinin sədri Eyyub Əliyev bildirib ki, konfrans ölkədə avtomobil sektorunun inkişafı və ekoloji nəqliyyat vasitələrinin tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir.
O, qeyd edib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamının beşinci bəndi “təmiz ətraf mühit və yaşıl artım” ölkəsi ilə bağlıdır.
Bu sərəncamdan sonra avtomobil sektoruna xüsusi diqqət yetirilib, özəl sektorla dövlət dialoqu inkişaf edib, ekoloji avtomobillərə güzəştlər tətbiq olunub və utilizasiya proqramı başlanıb.
Konfransda müzakirə olunacaq əsas mövzular: Paralel idxal Kredit və lizinq Yollarda təhlükəsizlik Elektrik avtomobillər üçün şarj məntəqələri və infrastrukturu Utilizasiya DOĞRU.AZ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu