A$AP Rocky Nyu Yorkun meri olmaq istəyir

08.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikalı reper A$AP Rocky (əsl adı Rakim Atelaston Mayers) Nyu-York şəhərinin meri olmaq istədiyini etiraf edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Variety" jurnalına verdiyi müsahibəsində danışıb.

Musiqiçi zarafatla bildirib ki, soyadının mer vəzifəsinin adı ilə səsləşməsi (ingiliscə "mayor" - "mer", onun soyadı "Mayers") səbəbindən şəhərə rəhbərlik etməlidir.

O əlavə edib ki, Nyu-Yorka fayda verəcək siyasi qərarlar verməyə başlamağı səbirsizliklə gözləyir:

"Mən çox nəcib, dürüst, açıq və qətiyyətli bir mer olardım. Mer Mayers - səmimi olaraq sizin meriniz olacaq", - deyə reper vurğulayıb.

Xatırladaq ki, A$AP Rocky məşhur ifaçı Rihannanın sevgilisidir. Cütlüyün iki övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью