Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Mövsümlərarası fasilədə keçirilən yoldaşlıq matçında İsveçrənin "Bazel" klubu Kataloniya giqantı "Barselona"nı qəbul edib.
Fanat.Az xəbər verir ki, 7 qolun vurulduğu gərgin qarşılaşma "Barselona"nın 2:5 hesablı böyük qələbəsi ilə yekunlaşıb.
Matçda diqqətçəkən məqamlardan biri Azərbaycan azarkeşlərinə yaxşı tanış olan, əvvəllər "Sabah"ın formasını geyinmiş Aaron Maludanın çıxışı olub.
İlk hissədə 34-cü dəqiqədə K. Adeyemi ilə öndə olan "Barselona"ya cavab məhz Maludadan gəlib. 43-cü dəqiqədə J. Harderin pasında topu torla qovuşduran Aaron Maluda hesabı bərabərləşdirib (1:1).
Hansi Flikin yetirmələri təzyiqi artıraraq H. Abdel Karim (49) və L. Yamalın (81) penalti) qolları ilə önə keçiblər. 84-cü dəqiqədə K. Olaiqbe penaltidən "Bazel"in 2-ci qolunu vursa da, matçın sonlarında J. Bisivu (89' və 90+1') dubl edərək yekun hesabı müəyyənləşdirib – 2:5.
Qeyd edək ki, "Bazel" heyətində fərqlənən Aaron Maluda 67-ci dəqiqədə də sarı vərəqə ilə cəzalandırılıb.
Kamil Xudiyev