futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
İsveçrənin “Bazel” klubu Azərbaycan çempionu “Sabah”dan ayrılan Aaron Maludanın keçidini rəsmiləşdirib.
Futbolpress.az xəbər verir ki, 20 yaşlı fransalı vinger yeni klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan 4 illik müqavilə imzalayıb. O, “Bazel”də 17 nömrəli forma ilə çıxış edəcək.
A. Maluda keçidi barədə bunları deyib:
“Mən ‘Bazel’i zəngin ənənələrə və böyük azarkeş kütləsi olan bir klub kimi tanıyıram. Klubun hədəfləri mənim şəxsi məqsədlərimlə tam üst-üstə düşür. Baş məşqçi və idman rəhbərliyi ilə çox uğurlu danışıqlarımız oldu. Onlar mənə aydın bir fəaliyyət planı təqdim etdilər və məni komandada görməyi nə qədər çox istədiklərini hiss etdim. Bu, ilk andan məndə dərin təəssürat yaratdı və məni inandırdı. Tezliklə qırmızı-göy formada meydana çıxmağı səbirsizliklə gözləyirəm.
Klubun texniki direktoru Andreas Herrmann transferi dəyərləndirib:
“Hücum xəttimizi fəndgir, cəld və çoxşaxəli bir vinger ilə gücləndiririk. Aaron Maluda O, sürəti, yaradıcılığı və rəngarəng hücum oyunu ilə komandamıza dərhal öz töhfəsini verəcək”.