AAYDA da yeni rəis müavinləri təyin edildi FOTO

08.10.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatları olub.

Gununsesi.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Belə ki, Elçin Abışov və Rövşən Məmmədov AAYDA-da Nəqliyyat infrastrukturu tikintisi şöbəsinin rəisinə müavin təyin ediliblər.

Bundan əlavə, Səxavət Heydərli isə Baş mühasib vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bundan əvvəl E.Abışov “ELTA Development” QSC-də, R.Məmmədov Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” şirkətində, Səxavət Heydərli SOCAR-da çalışıb.

Paylaş:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью