AAYDA dan vacib MÜRACİƏT Bu yolda məhdudiyyətlər tətbiq edilir

10.02.2025

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hərəkət iştirakçılarına müraciətində bildirilir.

Məlumata görə, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью