AAYDA nın avtomobili qəzaya düşdü Sürücü öldü

11.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Bakı-Quba avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, “Shachman” markalı yük avtomobili ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Mitsubishi” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “Mitsubishi” markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью