AAYDA nın sədri bu qurumun prezidenti oldu

12.10.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.

Gununsesi.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, federasiyanın prezidenti vəzifəsinə AAYDA-nın sədri Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə agentliyin sədr müavini Tural Mailov və Əməkdar məşqçi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.

Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.

Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью