Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bəzi şirkətlərin dövlət qarşısında külli miqdarda vergi borcu yaranıb.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Agentliyinin avtomobil yollarının tikintisi və istismarı sahəsində fəaliyyət göstərən bəzi şirkətlərinin dövlət qarşısında vergi borcu olduğu üzə çıxıb.
1) Bakı 1 №-li Yol İstismarı MMC - vergi borcu 708 860 manatdır.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 49 299 983 manat nizamnamə kapitalına malik olan şirkətin direktoru Zaur Həmzəyevdir.
Onun AAYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu olduğu bildirilir.
2) 17 №-li Xüsusi Təyinatlı Yol İstismarı - vergi borcu 1 323 629.68 manatdır.
2018-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin direktoru Şahin Süleymanovdur.