AAYDA nın tabeliyində olan MMC nin yarım milyon manatdan çox borcu var

27.04.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC-nin xüsusilə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo xəbər verir ki, MMC-nin hazırda 545 604,96 manat borcu var. 

"Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 240 000 manatdır. MMC-nin rəhbəri Nemətli Azər İlyas oğludur. 

MMC Azərbaycan Avtobomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərir. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью