AAYDA nın tabeliyindəki MMC nin vergi borcu 700 min manatı keçdi

17.02.2026

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "Bakı 1 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu 700 min manatı keçib. 

Qaynarinfo-nun məlumatına görə, MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 735.150,96 AZN vergi borcu var. 

Qeyd edək ki, MMC-nin baş direktoru Həmzəyev Zaur Oktay oğludur. Zaur Həmzəyev AAYDA-nı Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğludur. Müseyib Həmzəyev isə qurumun sabiq sədri Saleh Məmmədovun ən yaxın adamlarından biri hesab edilirdi.

Aydın


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью