Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli oktyabrın 23-də Laçın və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar oktyabrın 13-dən 16-dək müraciət edə bilərlər.
Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Vətəndaşlar, həmçinin (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.