AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək

17.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli noyabrın 26-da Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərlə görüşəcək.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşlar noyabrın 17, 18 və 19-u tarixlərində (3 gün) qəbula yazılmaq üçün agentliyə rəsmi müraciət edə bilərlər.

Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью