AAYDA Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib

19.12.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə AAYDA feysbukda bildirib.

“Qarlı və şaxtalı hava şəraitində Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur”, – qurumun paylaşımında diqqətə çatdırılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью