AAYDA ya məxsus bu qurum ləğv olundu

17.04.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən qurum 2005-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ələddin Əli oğlu Hacıyev olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью