AAYDAda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib AZƏRTAC

12.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyaraq, Ümummilli lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью