AAYDAda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib FOTO

12.12.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Agentlikdən Avtosfer.az-a bildirilib ki, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim iştirakçıları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyaraq, Ümummilli Lideri qürur hissi, dərin hörmət, sonsuz sevgi ilə anıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью