AB ABŞ ın Kiyevə yardımını əvəz edə bilməyəcək Puşkov

09.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məhdud imkanları olan Avropa nə qədər çalışsa da, ABŞ-ın Ukraynaya yardımını kompensasiya edə bilməyəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“Tramp Kiyevə mütəmadi olaraq ABŞ-ın hərbi münaqişəni sona çatdırmaqda ciddi olduğuna dair siqnallar göndərir. Dolayısı ilə bunlar avropalılara da siqnaldır: ABŞ olmasa, Ukraynaya dəstəyiniz nəticə verməyəcək. Emmanuel Makron, Fridrix Merz və Ursula fon der Leyenin gurultulu bəyanatları, eləcə də Avropanın bərbad silahlanma proqramı gələcəyə hesablanıb. Ukrayna bu gün ABŞ-ın hərbi dəstəyini itirir”, - Puşkov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью